“Tam Store” məhsulu qiymətindən baha satıb? – Dövlət Agentliyindən protokol

“Tam Store” MMC-nin qeyri-qida məhsulunu üzərində göstərilmiş qiymətdən baha satdığı müəyyən edilib.

Banker.az xəbər verir ki, şirkət barəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən 20 avqust 2026-cı ildə inzibati xəta haqqında protokol tərtib edilib.

Rəsmi məlumata əsasən, “Tam Store” MMC qeyri-qida məhsulunu üzərində göstərilmiş qiymətdən baha satıb. Fakt “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13-cü maddəsinin 1-ci bəndinin pozulması kimi qiymətləndirilib.

Qanunun 13.1-ci maddəsinə əsasən, satıcı istehlakçıya malın qiyməti və istehlak xüsusiyyətləri barədə zəruri və düzgün məlumat verməlidir.

Pozuntu İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə, yəni malın hesabına dair istehlakçıların az miqdarda aldadılması kimi tövsif edilib. Həmin maddəyə əsasən, hüquqi şəxslər üçün 4 000 manatdan 6 000 manatadək cərimə nəzərdə tutulur.

Qeyd edək ki, bu, “Tam Store” MMC barəsində 2026-cı ildə qiymət fərqinə görə tərtib edilən ilk protokol deyil. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yanvarın 22-də də şirkət barəsində qida məhsulunun üzərində göstərilmiş qiymətdən baha satılması ilə əlaqədar inzibati xəta haqqında protokol tərtib etmişdi.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər