6 C
Baku
Sunday, December 15, 2024

Tamamilə yad insanlara nəsib olmuş miraslar – II

Doktor Mesaroş

Heç vaxt evli və uşaqları olmayan Doktor Mesaroş 1930-cu ildə dünyasını dəyişir və 50.000 dollar məbləğində vəsaiti və bütün daşınmaz əmlakını çox da populyar olmayan avstriyalı aktrisa Korin Uorda vəsiyyət edir. O aktrisaya gizli şəkildə aşiq idi və hisslərini etiraf etməkdən çəkinirdi.

Anri de la Sal

1930-cu ildə də gənc bir aktrisa gözlənilməz anda naməlum bir şəxs sayəsində varlanır. Lilian Melrap bir məktub alır. Məktubda bildirilir ki, onun dünyasını dəyişmiş dayısının dostu ona 700.000 dollar vəsiyyət etmişdir. O bu məbləğin isə 100.000-ni uşaq fonduna verməli idi.

Luis Carlos de Noronha Cabral da Camara

Luis Carlos 42 yaşında dünyasını dəyişdikdə onun heç kimi yox idi. O evli deyildi, uşaqları yox idi və ətrafında heç bir qohumu qalmamışdı. Sahib olduğu sərvətinin dövlətə qismət olmaması üçün o öz mirasını tanımadığı 70 insana vəsiyyət edir. O bu insanları Lissabonun telefon kitabçasından seçmişdi və barmağını təsadüfən adların üzərinə qoymuşdu.

Archibald McArthur

McArtur sirli xarakterə sahib idi. O Viskonsində yaşayırdı və vəkil biznesi ilə varlanmışdı. O 1922-ci ildə Floridaya köçür və ölümündən sonra öz qohumlarına cəmi 5 dollar miras qoyur. O geri qalan 3 milyon dolları Dodcevildə məşhur olan səfil bir naməlum şəxsə miras qoyur. Onun özünün dediyinə görə onların bir dəfə çox səmimi söhbətləri olmuşdu.

Son xəbərlər
Digər xəbərlər