11 C
Baku
Friday, November 15, 2024

Tamaş Torma: Cənub Qaz Dəhlizi Macarıstan üçün qaz mənbəyinə çevrilə bilər

Azərbaycanın təbii qaz hasilatı potensialı, inşa edilən və genişləndirilməsi gözlənilən Cənub Qaz Dəhlizi Macarıstan üçün qaz mənbəyinə çevrilə bilər.

Bunu  Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma deyib.

O bildirib ki, diversifikasiya Macarıstanın enerji strategiyasının təməl daşıdır

Macarıstanın təbii qaz idxalının təqribən 80-85%-i Rusiyadan, digər hissəsi isə “Türk axını” və “Balkan axını” ilə Türkiyədən gəlir. Diversifikasiya Macarıstanın enerji strategiyasının təməl daşıdır, ona görə də biz “Qazprom”u etibarlı müqavilə tərəfdaşı kimi görsək və Rusiya enerji mənbələrinin gələcəkdə enerji mənbəyi olmağa davam edəcəyini gözləsək də, Macarıstan mümkün qədər çox mənbələr tapmağa və qaz alışını şaxələndirməyə çalışır”.

Diplomat diqqətə çatdırıb ki, 2023-cü ildə MVM ilə SOCAR arasında əldə edilmiş razılaşmaya əsasən, Macarıstanda 50 milyon kubmetrlik qaz anbarı üçün müqavilədən əlavə Azərbaycandan Macarıstana fiziki qaz axınına başlanılıb:

“Müqavilə birinci tranşla 100 milyon kubmetr qazın alınmasını nəzərdə tuturdu, lakin bu müqavilə gələcəkdə Azərbaycandan daha böyük həcmdə qazın tədarük edilməsinə imkan yaradıb”.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Mənbəreport
Son xəbərlər
Digər xəbərlər