Tanınmış iqtisadçı: Fond bazarındakı köpük 2027-ci ilin sonuna qədər partlaya bilər

Nyu-York Federal Ehtiyat Bankının keçmiş prezidenti Bill Dadli xəbərdarlıq edib ki, ABŞ-dakı fond bazarı köpüyü 2027-ci ilin sonuna qədər partlayacaq.

Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Amerika fond bazarı Şillerin tsiklik olaraq korrektə edilmiş qiymət-gəlir nisbəti, səhmlərin real risk mükafatı və Baffet indikatoru kimi göstəricilərlə ölçüldükdə köpük vəziyyətindədir və səhmlərin həddindən artıq qiymətləndirildiyini göstərir.

Köpüyün 2027-ci ilin sonuna qədər partlaması ehtimalı yüksəkdir. Buna süni intellekt sahəsində investisiya bumunun təsirinin zəifləməsi, kapital xərclərinin artımının yavaşlaması və ABŞ səhmlərinin təklifinin genişlənməsi səbəb ola bilər.

Makroiqtisadi mühitin də mürəkkəbləşəcəyi gözlənilir. Uzunmüddətli faiz dərəcələrinin yüksəlməsi və ABŞ federal borcunun dayanıqsız trayektoriyasının həlli istiqamətində irəliləyişin olmaması fond bazarında səhmlərin qiymətləndirilməsinə təzyiq göstərə bilər.

Son günlər Bill Dadlinin fikrini dəstəkləyən siqnallar artıb. Məsələn, Avropa Mərkəzi Bankının iqtisadçıları avqustun 17-də ABŞ texnologiya səhmlərində yüksək qiymətləndirmələr və süni intellektə bağlı həddindən artıq optimizm səbəbindən korreksiyanın ehtimalının yüksək olduğunu bildiriblər. “The Big Short” filmindən tanınan Maykl Berri də hazırkı AI bumunu dot-com və 2008-ci il köpükləri ilə müqayisə edərək ciddi risklər barədə xəbərdarlıq edib.

Bununla belə, əks mövqedə olanlar da var. NYSE treyderi Peter Tukman bugünkü bazarın dot-com dövründən daha sağlam olduğunu, şirkətlərin real gəlirlər və güclü balanslara malik olduğunu deyir. Uol-Stritdə isə optimizm güclüdür — Citi və JPMorgan S&P 500 üçün ilsonu hədəflərini müvafiq olaraq 8 100 və 8 000-ə yüksəldib, Bank of America sorğusunda fond menecerlərinin səhmlərə ayırdığı vəsait beşillik maksimuma çatıb

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər