12 C
Baku
Friday, March 29, 2024

Tanınmış şirkətin direktorunun daha bir məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı və dələduzluqda təqsirləndirilən Sahil Cahangirlinin cinayət işi üzrə məhkəm iclası başlayıb.

Banker.az-ın Reporta istinadən xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttiham aktına əsasən, S.Cahangirli “Real” MTK-nın direktoru olan zaman Nərimanov rayonunda tikilən binada bir mənzili əvvəlcə Bəylər Abdullayevə, sonra isə Rauf Abdullayevə satıb.

Hazırda evdə R.Abdullayev yaşayır və sənədlər isə B.Abdullayevin adınadır.

Cinayət materealına görə, R.Abdullayevə 150 min manat ziyan dəyib.

Məhkəmədə elan olunmuş ittiham üzrə S.Cahangirli özünü qismən təqsirli bildiyini deyib.

O söyləyib ki, 2006-cı ildə şirkətin əvvəlki direktor İslam Qasımov mənzili Bəylər Abdullayevə satıb, 2013-cü ilin sentyabr ayında isə özü direktor təyin olunub: “Mən də eyni ölçüdə, eyni formada olan, lakin bir mərtəbə yuxarıda olan mənzili Rauf Abdullayevə satdım. Amma komendant Rauf müəllim səhvən aşağı mərtəbədəki mənzili göstərib. Yuxarı mərtəbədəki evlə bağlı da hazırda məhkəmə gedir, həmin ev Raufa veriləcəkdi. Həmin evə aid sənədi Raufa makler Vahid Qasımov vermişdi”.

S.Cahangirli R.Abdullayevə dəyən ziyanı ödəmək istədiyini qeyd edib.

Onun sözlərinə görə, İslam Qasımov hazırda həbsdə olan “Real” MTK-nın sahibi İlham Qasımovun qardaşıdır.

S.Cahangirli isə onların bacısı oğludur.

Xatırladaq ki, “Real” MTK-nın sahibi İlham Qasımov iş adamı, şair Gülağa Tənhanın şikayəti əsasında həbs edilib. O, şairin 19,5 milyon manatını mənimsəməkdə ittiham edilib.

Son xəbərlər
Digər xəbərlər