10 C
Baku
Thursday, December 12, 2024

TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri cüzi artıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən martın 18-də qaz tədarükü üçün 366 milyon 789 min 291 kVt/saat həcmində sifariş alınıb.

Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 0.71% çoxdur.

Kipoi çıxış nöqtəsindən martın 19-dan martın 24-dək qaz tədarükü üçün 341 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb. Bu da martın 12-dən 17-dək olan sifariş həcmi ilə eynidir.

Yunanıstanın Komotini çıxış nöqtəsindən martın 18-dan 24-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.

Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən də martın 18-dən 24-dək hər gün üçün ötən həftədəki kimi 30 milyon 346 min 301 kVt/saat həcmində qaz sifariş edilib.

İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün martın 18-də 304 milyon 772 min 315 kVt/saat həcmində sifarişlər qəbul edib. Bu da martın 11-nə olan göstərici ilə müqayisədə 0.85% çoxdur.

Melenduqno çıxış nöqtəsindən martın 19-dan 24-dək qaz tədarükü üçün 281 milyon 999 min 147 kVt/saat həcmində sifariş alınıb. Bu da martın 12-dən 17-dək olan sifariş həcmi ilə eynidir.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər