14 C
Baku
Wednesday, May 15, 2024

TAP-la Avropaya 12 mlrd. kubmetrdən artıq qaz nəql edilib

İndiyədək Trans-Adriatik Kəməri (TAP) vasitəsilə Avropaya 12 mlrd. kubmetrdən çox qaz nəql edilib.

Bu barədə Bakı Enerji Forumunda çıxış edən TAP konsorsiumunun idarəedici direktoru Luka Şippati bildirib.

Onun sözlərinə görə, Azərbaycan qazının TAP ilə nəqli sayəsində İtaliyanın qaza olan ehtiyacının 10 faizi, Yunanıstanın isə ehtiyacının 17 faizi təmin edilib.

Luka Şippati qeyd edib ki, hazırda TAP-ın nəqletmə qabiliyyətinin artırılması istiqamətində danışıqlar aparılır: “Hesab edirəm ki, şərtləri müəyyən etmək və bunun necə ediləcəyini müəyyənləşdirmək üçün, bu işlər davam etdirilməlidir”.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər