11 C
Baku
Wednesday, December 11, 2024

TAPİ qaz kəmərinin tikinti sahəsinə hücum olub – Ölənlər var

Bazar ertəsi səhər saatlarında Əfqanıstanın Kandaqar vilayətində TAPİ qaz kəmərinin tikinti sahəsinə naməlum şəxslər hücum edib. Hücum nəticəsində 5 nəfərin öldüyü bildirilir.

Məlumata görə, naməlum şəxslər ərazini yoxlayan işçilərə atəş açıblar. Daha 1 nəfərin isə hücum edən şəxslər tərəfindən oğurlandığı deyilir.

İnsidentə görə terror qruplaşmalarından hələ heç biri məsuliyyəti öz üzərinə götürməyib.

Qeyd edək ki, TAPİ qaz kəmərinin tikintisi Türkmənistan, Əfqanıstan, Pakistan və Hindistan tərəfindən 2015-ci ilin dekabrında başlayıb. Qaz kəmərinin ümumi uzunluğu 1814 kilometr təşkil edəcək.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər