10 C
Baku
Thursday, December 12, 2024

Tarif (Qiymət) Şurasının bu səlahiyyəti əlindən alınır

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 iyun tarixli 936 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yükdaşıma xidmətlərinin, habelə tranzit yüklərlə bağlı dəniz limanında göstərilən xidmətlərin tariflərinin və həmin tariflər üzrə güzəştlərin müəyyən edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanında deyilir.

Fərmanda deyilir,

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 iyun tarixli 936 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1032) ilə təsdiq edilmiş “Dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yükdaşıma xidmətlərinin, habelə tranzit yüklərlə bağlı dəniz limanında göstərilən xidmətlərin tariflərinin və həmin tariflər üzrə güzəştlərin müəyyən edilməsi Qaydası”nın 1.4-cü bəndində “Azərbaycan Respublikası Tarif (qiymət)” sözləri “Koordinasiya” sözü ilə əvəz edilsin.

Qeyd edək ki, digər fərmanla Koordinasiya Şurasının fəaliyyətinin təşkili ilə bağlı işləri Koordinasiya Şurasının Katibliyi (bundan sonra – Katiblik) həyata keçirir. Katibliyin tərkibinin formalaşdırılmasını və fəaliyyətinin təşkil edilməsini Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirəcək.


Həmin fərmanda deyilir,

“Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 655 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin:

1. 9-cu hissədə “Azərbaycan Respublikasının Tarif (qiymət)” sözləri “həmin Koordinasiya” sözləri ilə əvəz edilsin.

Həmin bənddə qeyd edilirdi ki, Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının cari fəaliyyətinin təşkili Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi tərəfindən həyata keçirilir.

2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası haqqında Əsasnamə”nin 4.4-cü bəndi aşağıdakı redaksiyada verilsin:

“4.4. Koordinasiya Şurasının fəaliyyətinin təşkili ilə bağlı işləri Koordinasiya Şurasının Katibliyi (bundan sonra – Katiblik) həyata keçirir. Katibliyin tərkibinin formalaşdırılmasını və fəaliyyətinin təşkil edilməsini Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir.”.

3. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Tərkibi” üzrə:

3.1. “Koordinasiya Şurasının sədri” hissəsində “iqtisadiyyat” sözü “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri ilə əvəz edilsin;

3.2. “Koordinasiya Şurasının üzvləri” hissəsində “nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci” sözləri “iqtisadiyyat nazirinin” sözləri ilə əvəz edilsin.

Son xəbərlər
Digər xəbərlər