9 C
Baku
Thursday, December 12, 2024

Tarif Şurası daşınmaz əmlaka görə xidmət haqqı müəyyənləşdirəcək

Azərbaycanda torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı xidmət ödənişli olub.

Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Torpaq Məcəlləsində dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Dəyişikliklə torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti qismində İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən xidmətlərə görə Tarif (Qiymət) Şurasının müəyyən etdiyi məbləğdə xidmət haqları ödəniləcək.

Son xəbərlər
Digər xəbərlər