26 C
Baku
Monday, June 27, 2022

Tarixdə ilk dəfə: Bankların qiymətli kağızlar portfeli ₼5 milyardı ötdü

Azərbaycanda bankların qiymətli kağızlar üzrə portfeli tarixdə ilk dəfə 5 milyard manatı ötdü.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

1 fevral 2022-ci il tarixinə bankların qiymətli kağızlar üzrə portfelinin həcmi 5 milyard 205.9 milyon manat təşkil edib.

Bu da son bir ayda 6.5%, son bir ildə isə 11.3% artmışdır.

Qiymətli kağızlar, pul və yaxud əmtəə sənədləridir, onların sahibinə mülk hüquqları verilir və müəyyən pul məbləğlərinin, gəlirlərin alınmasına hüquq verir. Pullu qiymətli kağızlara — istiqraz vərəqələrini, vekselləri, pul çeklərini aid etmək olar.

1 yanvar 2022-ci il tarixinə bankların renkinqi belə idi.

Son xəbərlər
Oxşar xəbərlər