19 C
Baku
Thursday, April 25, 2024

Tarixdə ilk dəfə bitkoynla futbolçu alınıb

İspaniyalı futbolçu David Barral tarixə düşüb.

37 yaşlı hücumçu transferi kriptovalyuta ilə gerçəkləşən ilk futbolçu olub.

O, İspaniyanın 3-cü divizion təmsilçisi “Rasinq”dən eyni liqada çıxış edən “İnternasional Madrid”ə keçib. Transferin bitkoynla reallaşması “İnternasional Madrid”in “Criptan” platforması ilə əməkdaşlığı sayəsində mümkün olub. Bu klubun sahibkarlarından biri də tanınmış qapıçı Tibo Kurtuadır.

Qeyd edək ki, veteran forvard karyerası ərzində “Kastilya”, “Levante”, “Qranada” və “Sportinq Xixon” kimi klublarda oynayıb.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər