-1 C
Baku
Sunday, December 15, 2024

Tarixin ən güclü nüvə bombasının partladılması

1961-ci ildə tarixin ən güclü hidrogen bombası partladıldı. 30 oktyabr səhər 11:32 dəqiqədə “Yeni torpaq” üzərində, quru səviyyəsindən 4000 metr hündürlükdə 50 milyon ton trotil gücündə hidrogen bomba partladıldı. Bu zaman Sovet İttifaqı tarixin ən güclü termonüvə qurğusunu sınaqdan keçirirdi. Sınaq zamanı bombanın yarı gücündən (onun maksimak gücü 100 megatona bərabərdir) istifadə olunmasına baxmayaraq, partlayışın yaratdığı enerji İkinci Dünya Müharibəsi zamanı bütün tərəflərin istifadə etdiyi partlayıcı maddələrin ümumi gücündən 10 dəfələrlə çox idi. Bura Xerosima və Naqasakiyə atılan bombalar da daxildir. Partlayışın dalğası dünyanı üç dəfə dövr etmişdir. Bir dövrün müddəti isə 36 saat 27 dəqiqə idi.

Bu zaman yaranan işıq o qədər parlaq idi ki, havanın buludlu olmasına baxmayaraq işıq  idarəetmə məntəqəsindən belə görünürdü. Partlayış baş verən yer ilə idarəetmə məntəqəsi arasında təqribən 200 km məsafə var idi. Tüstü buludu 67 km hündürlüyə qədər qalxmışdı. Bomba daşıyıcı Tu-95 təyyarəsi ilə 10500 m hündürlüyə qaldırılaraq oradan partladılma nöqtəsinə atılmışdı. Episentrdən 400 km aralıda tərk edilmiş qəsəbədə taxta evlər dağılmış, daş evlərin isə damları, qapı və pəncərələri dağılıb tökülmüşdü. Poliqondan yüzlərlə kilometr aralıda bir saat ərzində radiodalğalar pozulmuş və radio əlaqəsi kəsilmişdi.

Son xəbərlər
Digər xəbərlər