16 C
Baku
Friday, May 3, 2024

Tarixin ən varlı insanı

Dünyanın ən varlı insanı afrikalı hökmdar Mansa Musa olmuşdur, o təqribən 13-14 cü əsrlərin qovşağında yaşayıb. Bu barədə amerikanın celebritynetworth.com saytındakı mənbəyə istinad edən financebigmir.net agentliyi məlumat verir. Tarixin ən zəngin insanın sərvəti 400 milyard dollar həcmində qiymətləndirilir. 

Malinin ali hökmdarı belə yüksək miqdarda var-dövlətə duz və qızıl ticarəti sayəsində müyəssər olub.

Reytinqdəki ikinci pillə Rotşildlər ailəsinə qismət olub. Avropalı bankirlər və ictimai xadimlər sülaləsinin ümumi varidatının miqdarı 350 milyard dollar həcmində qiymətləndirilir.

Tarix boyu dünyanın ən varlı adamı adına layiq görülmüş üçüncü yerin sahibi isə Con Rokfeller olmuşdur, onun var dövlətini bugünkü pullarla ifadə etsək, təqribən 340 milyard dollar təşkil edər.

Bu günün ən varlı insanı Bill Qeytsdir. Zənginliyinin ən pik vaxtında onun sərəncamında 136 milyard dollar var idi və o, reytinq siyahısında 12-ci yeri tutur. Amma Forbesin məlumatlarına əsasən hal-hazırda Billin cəmi 66 milyard dollar vardır, o birincilik zirvəsini 68 milyard dollar sahib olan Karlos Slimə təhvil vermişdir.

Maraqlı faktlardan biri isə, tamaşaçıların sevimlisi və ABŞ-ın zəngin investoru olan Uorren Baffetin siyahıda cəmi 25-ci yeri tutmasıdır. Celebrity Networth şəbəkəsindən olan bilicilər Baffetin irimiqyaslı xeyriyyə faəliyyətinə başlamazdan öncə sərvətinin 64 milyard dollar olduğunu söyləyirlər.

1

Mansa Musa

$400 milyard

2

Rotşildlər ailəsi

$350 milyard

3

Con Rokfeller

$340 milyard

4

Endryu Karneqi

$310 milyard

5

Nikolay Romanov

$300 milyard

6

Mir Osman Ali-xan

$230 milyard

7

Fateh Vilhelm

$229,5 milyard

8

Müəmmər Qəddafi

$200 milyard

9

Henri Ford

$199 milyard

10

Cornelius Vanderbilt

$185 milyard

Son xəbərlər
 ⁠
Digər xəbərlər