Tehranın münaqişənin nizamlanması ilə bağlı Pakistan vasitəsilə ABŞ nümayəndələrinə çatdırdığı yeni təklif 14 bənddən ibarətdir. Bu barədə mənbəyə istinadən “Tasnim News Agency” məlumat yayıb.
Məlumata görə, sənəddə əsas diqqət hərbi əməliyyatların dayandırılması və etimadın möhkəmləndirilməsi tədbirlərinə yönəlib.
Bundan əvvəl “Reuters” Pakistan tərəfinin münaqişənin dayandırılması ilə bağlı İranın yenilənmiş təklifini ABŞ nümayəndələrinə çatdırdığı barədə məlumat vermişdi.






