33 C
Baku
Monday, June 17, 2024

“Taxıl dəhlizi”ndən 7 milyon ton məhsul daşınıb

“Taxıl dəhlizi” işə başlayandan bəri Ukraynanın 7 milyon tona yaxın kənd təsərrüfatı məhsulu ixrac edilib. Ümumilikdə avqustun əvvəlindən Asiya, Avropa və Afrika ölkələri üçün kənd təsərrüfatı məhsulları daşıyan 305 gəmi Ukrayna limanlarını tərk edib.

Bu barədə Ukrayna İnfrastruktur Nazirliyi məlumat yayıb.

“Taxıl dəhlizi”nin həyata keçirilməsi çərçivəsində oktyabrın 9-da Ukrayna ərzaq məhsulları ilə dolu daha 13 gəmi Odessa limanlarını tərk edib.

Məlumata görə, gəmilərin göyərtəsində ümumilikdə 230,7 min ton kənd təsərrüfatı məhsulu var və onlar Asiya, Afrika və Avropa ölkələrinə yola salınıb.

Xatırladaq ki, iyulun 22-də Ukrayna, Rusiya, Türkiyə və BMT Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının həyata keçirilməsi ilə bağlı dördtərəfli saziş imzalayıb. Taxıl daşıyan ilk gəmi avqustun 5-də Odessa limanını tərk edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər