20 C
Baku
Tuesday, April 30, 2024

Taxıl Fondu Dövlət Ehtiyatları Agentliyinin tabeliyinə verilib

Dövlət Taxıl Fondu Fövqəladə Hallar Nazirliyinin tabeliyindən çıxarılaraq Dövlət Ehtiyatları Agentliyinə verilib.

Banker.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”na dəyişiklikdə öz əksini tapıb.

Bundan sonra Fondun idarə edilməsi, taxılın tədarük edilməsi, saxlanması və yeniləşdirilməsi səlahiyyətlərini dövlət sifarişçisi kimi Dövlət Ehtiyatlar Agentliyi həyata keçirəcək.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər