10 C
Baku
Wednesday, December 11, 2024

“Taxıl sazişi”nin müddəti uzadılıb

“Taxıl sazişi”nin müddəti uzadılıb.

Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib. O, “Taxıl sazişi”nin paket xarakterinin təsdiqləndiyini söyləyib.

Rusiyalı diplomatın sözlərinə görə, “Taxıl sazişi” eyni şərtlərlə uzadılır: “Rusiya Federasiyası “Taxıl sazişi” üzrə bütün öhdəliklərin yerinə yetirilməsini israrla təmin etməyə çalışacaq”.

Qruşko onu da bildirib ki, Rusiyadan kənd təsərrüfatı məhsullarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması prosesi yavaş-yavaş gedir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər