-1 C
Baku
Sunday, December 15, 2024

Taxıl yenidən bahalaşacaq

Rusiya İstanbulda imzalanan taxıl sazişindən çıxdığını elan edib. Rusiyanın bu qərarı dünya bazarlarında taxılın qiymətinin qalxmasına səbəb olacaq.

Bunu iqtisadçı Eldəniz Əmirov deyib.

Ekspert fikirlərini belə əsaslandırıb: “Taxıl qiymətləri ölkələrin ixraca məhdudiyyət tətbiqindən sonra özünün maksimum həddinə cari ilin may ayının birinci yarısında çatmışdı. Türkiyənin sonradan müdaxiləsilə Rusiya tərəfi Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracına dair saziş imzalamışdı. Beləcə, yaradılmış “taxıl dəhlizi” dünyada olan ajiotajı azaltmış və qiymətlər enməyə başlamışdı. İndi Rusiyanın yenidən bu mövqeyə qayıtması taxıl bazarında gərginliyi artıracaq və bu addım taxıl qiymətlərinə öz mənfi təsirini göstərəcək”.

İqtisadçının sözlərinə görə, Rusiya əlində qalan ən son təsir alətlərindən istifadə etməklə Qərbin sanksiyalarına qarşılıq verməyə çalışır:

“Rusiyanın hazırda əlində iki təsir aləti qalıb ki, bu da korbohidrogen ehtiyatları və ərzaq məhsulları bazarında gərginlik yaratmaqdır. Əslində bu alətlərin də artıq əvvəlki kimi təsiri qalmayıb. Amma yenə də indi fürsətdən istifadə edərək “taxıl dəhlizi” sazişindən çıxmaqla, ərzaq təhlükəsizliyinə təhdidlər yaratmaqla mövqeyini gücləndirməyə çalışır”.

Qeyd edək ki, Rusiya taxıl müqaviləsindən imtina edir. Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Sevastopolda “Taxıl dəhlizi”nin təhlükəsizliyini təmin edən Qara dəniz donanmasının gəmilərinə və mülki gəmilərə hücumlardan sonra Moskva taxıl müqaviləsində iştirakını dayandırır.

Rusiya tərəfi iddia edir ki, Ukrayna Böyük Britaniyanın dəstəyi ilə sentyabrın 29-da gəmilərə doqquz pilotsuz uçan aparat və yeddi dəniz pilotsuz uçan aparatları vasitəsilə hücum edib. Ukrayna isə deyilənlərin tamamilə yalan olduğunu açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər