15 C
Baku
Saturday, May 18, 2024

Tayland Yeni il tətilləri zamanı turizm gəlirinin 1.6 milyard dollara çatacağını gözləyir

Taylandda Yeni il tətilləri zamanı turizm gəlirləri 54,4 milyard bata (1,6 milyard dollar) çatacaq ki, bu da keçən ilin eyni tətil dövründən 44% çoxdur.

Bu barədə “Bangkok Post” nəşri məlumat yayıb.

Taylandın Turizm İdarəsinin (TAT) rəhbəri Thapani Kiatphaibunun sözlərinə görə, dekabrın 22-dən yanvarın 1-dək xarici turistlərin xərcləmələri 41,7 milyard baht (1,2 milyard dollar) həcmində qiymətləndirilir.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 60% çoxdur. 2023-cü ilin son həftəsində Taylanda səfər edən xarici səyahətçilərin sayı 1,1 milyon olub.

“Bu rəqəmə əsasən uçuşlarda yerlərin sayının noyabrda 3,3 milyondan dekabrda 3,7 milyona yüksəlməsi, viza güzəştləri və turizm bölgələrindəki əyləncə məkanlarının iş saatlarının uzadılması hesabına əldə edilib.

Eyni dövrdə daxili turizm sektoru 12,7 milyard baht (370 milyon dollar) gəlir əldə edib, 3,76 milyon insan isə ölkə daxilində səyahət edib”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər