18 C
Baku
Saturday, May 4, 2024

Tayvan adasında Çinə məxsus 35 təyyarə aşkar edilib

Tayvan çərşənbə günü adanın ətrafında Çin Xalq Azadlıq Ordusunun 35 təyyarəsi və 8 gəmisini müşahidə edib.

Bu barədə Tayvan Müdafiə Nazirliyi “Twitter“ səhifəsində məlumat yayıb.

Departament vurğulayıb ki, saat 06:00-a (Bakı vaxtı ilə 02:00) Tayvan ərazisində 35 təyyarə və 11 Çin gəmisi aşkar edilib.

Tayvan Müdafiə Nazirliyi 15 təyyarənin Tayvan boğazının median xəttini keçdiyini, həmçinin adanın hava hücumundan müdafiə identifikasiya zonasının cənub-qərb hissəsinə daxil olduğunu vurğulayıb.

Onların arasında Su-30, J-16, J-10 qırıcıları, BZK-005 tipli kəşfiyyat pilotsuz uçan aparatı, həmçinin KJ-200 aviasiya radio aşkarlama və istiqamətləndirmə sistemi var.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər