7 C
Baku
Sunday, December 15, 2024

Tayvan Çin PUA-larına raket zərbələri endirib

Tayvan ordusu Kinmen arxipelaqı üzərində Çin PUA-larını aşkar edərək bir neçə xəbərdarlıq atəşi açıb. Bu barədə avqustun 4-də tayvanlı general-mayor Çanq Zonq Sun məlumat verib.

General-mayorun sözlərinə görə, təhlükə səviyyəsi aşağı olaraq qalır. O qeyd edib ki, pilotsuz təyyarələr Tayvanın təhlükəsizlik qüvvələrinin yerləşdirilməsinə dair kəşfiyyat məlumatları toplamağı hədəfləyib.

Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.

Qeyd edək ki, Kinmen arxipelaqı Tayvan tərəfindən idarə olunur, lakin Çinin nəzarətində olan əraziyə bitişik yerləşir.

Günün əvvəlində Çin Mərkəzi Televiziyası Çin qoşunlarının Tayvan ətrafında genişmiqyaslı canlı atəşlə təlimlərə başladığı barədə məlumat yayıb.

Son xəbərlər
Digər xəbərlər