9 C
Baku
Sunday, December 22, 2024

Tayvan uğrunda müharibə dünya iqtisadiyyatına 10 trln. dollara başa gələcək – “Bloomberg”

Tayvan ətrafında gedən münaqişənin hərbi eskalasiyası halında qlobal ümumi daxili məhsul (ÜDM) 10% azala bilər, bu barədə “Bloomberg” yazıb.

Agentliyin hesablamalarına görə, bu cür hadisələrin ümumi zərəri qlobal iqtisadiyyata təxminən 10 trilyon dollara başa gələcək. Bu məbləğlə müqayisədə Ukraynadakı münaqişənin, COVID-19 pandemiyasının və qlobal maliyyə böhranının iqtisadi nəticələri “çox kiçik görünəcək”.

“Bloomberg” ekspertlərinin fikrincə, ABŞ-ın iştirakı ilə hərbi ssenari baş verərsə, adanın ÜDM-i 40%, materik Çininki isə 16.7% azalacaq. ABŞ iqtisadiyyatı 6.7%, qlobal ÜDM isə 10.2% enəcək. Bu halda ən böyük zərəri Koreya Respublikası, Yaponiya və Cənub-Şərqi Asiyanın digər ölkələri görəcək. Hərbi əməliyyat olmasa, lakin Tayvanın ÇXR tərəfindən blokadaya alınacağı təqdirdə, adanın ÜDM-i 12.2%, materik Çin – 8.9%, ABŞ – 3.3% azalacaq, dünya iqtisadiyyatı isə 5% itirəcək.

Son xəbərlər
Digər xəbərlər