16 C
Baku
Friday, May 2, 2025

The Economist: Tayvan üzrə süpergüc toqquşması yaxınlaşır

ABŞ v’ Çin arasındakı münasibətlər minimum səviyyəyə enib – yüksək tariflər, texnologiya və hərbi güc sahələrində artan rəqabət hökm sürür.

Banker.az bu barədə “The Economist”ə istinadən xəbər verir.

Çin öz ərazisi kimi gördüyü Tayvana iddia edir, halbuki Tayvan “özünüidarə olunan demokratiya” olaraq qalmaq istəyir. ABŞ Tayvana dəstək verir, lakin onun təhlükəsizliyinə zəmanət vermir, bu isə gərginliyin artmasına səbəb olur.

Jurnal yazır ki, Tramp proteksionizmi gücləndirir, tarifləri artırır ki, bu da Tayvana və ABŞ-ın müttəfiqlərinə təsir edir. Çin Tayvanın su hövzələrində gəmilərə yoxlama tətbiq etmək kimi yeni taktikalarla onun suverenliyini sarsıtmağa çalışır.

Tayvanda siyasi sabitliyin olmaması onu daha həssas edir. Əgər ABŞ müdafiəsini zəiflətsə, Tayvan müqavimət göstərmək əzmini itirə bilər və Çin məqsədinə MÜHARİBƏSİZ nail ola bilər.

“Bu isə Tayvan, onun demokratiyası və Qərb üçün vacib olan çip tədarükü üçün ciddi nəticələr doğuracaq”- deyə, dərgi bildirir.

Son xəbərlər
Digər xəbərlər