Tayvan yüksək sürətli çiplərin Rusiya və Belarusa ixracını qadağan edib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir. Qeyd olunur ki, yüksək sürətli dedikdə, sürət səviyyəsi 5 gigaflop və daha çox, elektron komponentin takt tezliyi 25 MHz-dən olan çiplər nəzərdə tutulur. Bundan əlavə, Rusiyaya tədarük edilən mikrosxemlərdə 144-dən çox kontakt olmamalıdır.
Tayvan həmçinin mikrosxemlərin, skanerləri və elektron skan edən mikroskopların istehsalı üçün litoqrafiya avadanlığının tədarükünə qadağa qoyub.