13 C
Baku
Sunday, November 24, 2024

Tayvanın yeni “prezidenti” məlum oldu

Tayvanda keçirilən “prezidenti seçkisində” hakim Demokratik Tərəqqi Partiyasının namizədi və hazırkı vitse-prezident Lay Sinde qalib gəlib.

Yerli Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bülletenlərin 80%-ni emal etdikdən sonra o, təxminən 41% səs toplayıb.

Sindenin əsas rəqibi Hou Yui isə təxminən 33% səs toplayıb və məğlub olduğunu etiraf edib. Üçüncü namizəd, Tayvan Xalq Partiyasının rəhbəri Ke Venje təxminən 26% səs qazanıb.

Qələbəsindən sonra Lay Tayvanı “Çindən gələn təhdid və hədələrdən müdafiə etmək” əzmində olduğunu bəyan edərək, Pekinlə “ləyaqət və paritet əsasında” danışıqlar aparmağa hazır olduğunu vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər