22 C
Baku
Friday, April 26, 2024

“TBC Kredit BOKT” biznesi qoyub, istehlaka “qaçır”

Gürcüstan bankının Azərbaycandakı törəmə kredit təşkilatı “TBC Kredit BOKT” MMC-nin portfelində istehlak kreditlərinin payı artıb.

Banker.az xəbər verir ki, 2020-ci ildə BOKT-un kredit portfeli 19 milyon 555 min manatdan 16 milyon 935 min manata qədər azalıb.

Bu azalmada əsas səbəb biznesə verdiyi kredit portfelinin kəskin, yəni, 24.1% azalmasıdır. Biznes kreditinin həcmi 1 yanvar 2021-ci il tarixinə 6 milyon 625 min manat təşkil edib. Bununla da cəmi portfeldəki payı 45%-dən 39%-ə qədər düşüb. Biznes kreditlərinin 6 milyon 374 min manatı (2019: 7 milyon 517 min manat) ticarət və xidmətə, 104 min manatı (142 min manat) aqrar sahəyə verilmiş kreditlərdir.

İstehlak kreditlərinin həcmi isə 10 milyon 831 min manatdan 10 milyon 310 min manata qədər düşüb. Beləliklə ümumi portfeldə istehlak kreditlərinin həcmi 55%-dən 61%-ə qədər yüksəlmişdir. Bu kreditlərin də 7 milyon 833 min manatı sırf istehlak (2019:7 milyon 359 min manat) , 2 milyon 478 min manatı isə (3 milyon 472 min manat) ipoteka kreditləridir.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər