32 C
Baku
Monday, June 17, 2024

“TCF” BOKT-nin faiz gəlirləri artıb

“TCF” Bank Olmayan Kredit Təşkilatı ASC 2023-cü ildə 3.08 milyon manat faiz gəliri əldə etməklə, ili 0.61 mln. manat xalis mənfəətlə tamamlayıb.

Banker.az bunu “TCF”in illik audit hesabatına istinadən xəbər verir.

BOKT əsas fəaliyyəti olan faizdən gəlirlərini 10% artırmış olub.

“TCF” BOKT-nin 2022-ci il üzrə xalis mənfəəti isə 0.27 mln. manat idi.

Kredit təşkilatı müştərilərə verib kreditlərin həcmini illik 28 faiz artımla 15.85 mln. manata yüksəlib. Öhdəliklərin həcmi illik müqayisədə cüzi azalmaqla 15.11 mln. manata düşüb.

Kapital isə illik müqayisədə 49 faiz artımla 1.86 mln. manata çatıb. Bunun 0.45 mln. manatı nizamnamə kapitalı, qalanı isə bölüşdürülməmiş mənfəətdir.

İşçi sayı isə 2023-cü il ərzində 49 nəfərdən 51 nəfərə yüksəlib.

Capture

Son xəbərlər
 ⁠
Digər xəbərlər