26 C
Baku
Friday, April 19, 2024

“Team building” nəyə görə vacibdir?

Bir çox rəhbərlər belə düşünür ki, professionalları şirkətə cəlb etməklə uğura zəmanət qazanmış olurlar. Lakin vahid komanda yaratmağın mütləqliyini unutmaq lazım deyil. Team building nədir? Lazımsız dəbdəbə və yaxud uğurun vazkeçilməz şərti?

 “Team building” anlayışı yalnızca hər bir çətinliyin öhdəsindən gələ biləcək insanları toplamaq demək deyil. Bu münasibətlər yaratmaq incəsənətidir. Çoxsaylı araşdırmalar sübut edir ki, ümumi layihə üzərində uğurlu iş üçün müxtəlif tipli xarakter, idarəetmə tərzi və motivasiya variantları tələb olunur. Team building bizə həmkarlarımızı sosial rolları xaricində tanımaq, “insani simasını” görməyə imkan verir.

Team buildingin yaradılması üçün mütləq olaraq biznes-təlimçi tələb olunmur. Təbiətdə birlikdə təşkil edilmiş tətil, fasilə zamanı stolüstü oyunlar bu məqsədə xidmət edə bilər. Əsas odur ki, bu cəhdlər bir məqsədə – həmkarların bir-birini yaxşı tanımasına, iş mühitinin daha rahat şəkilə salınmasına xidmət etsin.

Kollektivdə münasibətlərin təşkili üzrə mütəxəssis və psixoloq Bernardo Tirado yaxşı Team buildingin təşkili üçün aşağıdakı cəhətləri məsləhət görür:

  • Cəlb etmək. Komandanın hər bir üzvünün nələri daha yaxşı bildiyini və hiss etdiyini təyine tməyə çalışın. Məsələn, bütün əməkdaşlara saytın yeni loqotipi barədə düşünmək və yaxud şirkətin yubileyi ilə bağlı təbrik mətninin hazırlanmasını tapşırın.
  • Etibar. Əməkdaşlardan ən qatı sirlərini bir-biriləri ilə bölüşməsini tələb etmək mütləq deyil. Bunun üçün kiçik cəhətlərdən başlaya bilərsiniz.
  • Sinxronluq.Birlikdə edilən fiziki tapşırıq və digər bu növ fəaliyyətlər kollektivdə “qardaşlıq” və ortaqlıq ruhu yaradır.
  • Yumor. Team building yaratmaq məsələsinə həyati vacib məsələ kimi, yəni qatı ciddiyyət ilə yanaşmaq da düzgün deyil. Əksinə, gülüş kollektivdə mühiti pozitivləşdiri və yersiz gərginliyi aradan qaldırır. Lakin bir cəhətə diqqət edin ki, zarafatlarınız heç kəsdə inciklik yaratmasın və “acı” olmasın.

Son xəbərlər
Digər xəbərlər