İranda 1979-cu ilin İslam inqilabının növbəti qeyd olunma prosesi yekunlaşıb. 35 il əvvəl Tehranın küçələrində Ayatolla Xomeynin və müasir dövlətin tərəfdaşları arasında döyüşlər gedirdi. İranda inqilab 1 ilə yaxın davam etmişdi. Lakin onun kulminasiyası 1979-cu ilin fevraal ayına təsadüf etmişdi.
16 yanvarda şah Məhəmməd Reza Pehlevi öz ailəsi və saray əyanları ilə birgə ölkədən qaçır. 1 fevral tarixində İrana 15 illik emiqrasiyadan sonra şiələrin ruhani lideri Ayatolla Xomeyni qayıdır. 11 fevralda onun tərəfdaşları hökuməti devirir, televiziya və radio stansiyasını işğal edirlər. 1 apreldə İran İslam respublikası elan edilir.
Buyurun, İnqilabdan əvvəlki Tehrana və indiki Tehrana baxın.