Tehranın Mehrabad və İmam Xomeyni adına hava limanları fəaliyyətini bərpa edib. Bu barədə İranın Mülki Aviasiya Təşkilatı məlumat verib.
“İmam Xomeyni və Mehrabad hava limanlarında sərnişin reyslərinin icrasına 1405-ci ilin 31 fərvərdin tarixindən (Qriqorian təqvimi ilə 20 aprel 2025-ci il) icazə verilib”, — deyə “Tasnim” agentliyi bəyanatdan sitat gətirir.
Qeyd olunur ki, Kermanşah, Rəşt, Şiraz, Yəzd və Zahidan daxil olmaqla İranın daha 10 şəhərinin hava limanları şənbə günü fəaliyyətini bərpa edəcək.






