17 C
Baku
Thursday, May 23, 2024

Telefonla danışıq təlimatı

Şirkətin gənc direktoru öz xarici nümayəndəsinə zəng edərək qısaca dedi:

– Mən göstəriş vermək üçün zəng etmişəm. Danışığımız üç dəqiqədən artıq çəkməyəcək. Mən danışacam, siz isə mənim sözümü kəsməyin. İstənilən şərh və suallarınızı mənə daha sonradan faksla göndərə bilərsiniz.

O bunu deyərək danışmağa başladı. O elə sürətlə danışırdı ki, deyəcəklərini vaxtından əvvəl bitirdi.

Belə olduqda o, onu dinləyən nümayəndəsinə dedi:

 -Bizim hələ 20 saniyəmiz qalıb, nə isə qeyd etmək istəyirsiniz?

– Bəli, – deyə səs eşidildi, – siz elə sürətlə danışdınız ki, mən heç bir söz də başa düşmədim!

Son xəbərlər
 ⁠
Digər xəbərlər