6 C
Baku
Saturday, December 14, 2024

“Telegram” 330 mln. dollarlıq istiqraz buraxıb

“Telegram”ın yaradıcısı Pavel Durov bildirib ki, şirkətin genişlənməsini sürətləndirmək üçün ötən həftə 330 milyon dollarlıq istiqraz buraxılıb. Cənab Durovun sözlərinə görə, emissiyanın şərtləri şirkət üçün ən əlverişli idi və onları “qüsursuz reputasiyaya malik ən yüksək səviyyəli qlobal fondlar” alıb. Söhbət hansı fondlardan getdiyini dəqiqləşdirməyib.

“Telegram” ilk dəfə olaraq 2021-ci ildə 1 milyard dollardan çox məbləğdə beşillik istiqrazlar buraxıb. İstiqraz dərəcəsi illik 7% olub. Həmin ilin aprelində Rusiya mediası şirkətin 750 milyon dollar dəyərində əlavə beşillik istiqrazlar yerləşdirmək niyyəti barədə məlumat vermişdi. 2023-cü ilin iyulunda “Telegram” zərərsizlik nöqtəsinə çatmaq məqsədi ilə ümumi məbləği təxminən 270 milyon dollar olan qiymətli kağızlar buraxıb.

Son xəbərlər
Digər xəbərlər