29 C
Baku
Thursday, July 25, 2024

“Telegram” iş adamları üçün vacib funksiyanı əlavə etdi

“Telegram” servisi kompüterlər üçün proqram təminatında zəng funksiyasını istifadəyə verib.

Hazırda “Telegram” servisinin “macOS”, “Windows” və “Linux” əməliyyat sistemləri üçün proqramında başqa istifadəçilərə zəng funksiyası, son çağırışların siyahısı və zənglər üçün məxfilik sazlamaları əlçatandır. Sözügedən servisin proqram təminatı kompüterdə istifadə edildikdə səs qulaqlıqlara deyil, dinamiklərə ötürülür.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, səsli zənglər funksiyası, hələ ki, alfa versiyada əlçatandır. Yekun variant haqda məlumat yoxdur.

Məlumat üçün bildirək ki, “iOS” və “Android” mobil əməliyyat sistemləri üçün “Telegram”ın mobil versiyası vasitəsilə zəng etmək imkanı 2017-ci il martın sonunda istifadəçilərə əlçatan olub.

2017-ci ilin yanvarında “Telegram” messencerinin qurucusu Pavel Durov öz “Twitter” hesabında yazıb ki, şirkət messencerə səsli zənglər funksiyasını əlavə edəcək.

Son xəbərlər
Digər xəbərlər