“Telegram Group Inc.” şirkəti Rusiya, Avropa, Asiya və Orta Şərqdən olan investorlar arasında istiqrazların yerləşdirilməsi yolu ilə ən azı 1 milyard dollar qazanmağı planlaşdırır.
Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.
Verilən məlumata görə, yerləşdirmədə iştirak etmək üçün minimal çek 50 milyon dollar olacaq, lakin mənbələrdən biri bu məbləğin 10 milyon dollara qədər endirilə biləcəyini qeyd edir. Yelrəşdirmənin təşkilatçısı “Telegram”ın özü, agentləri isə Rusiya, Avropa, Asiya və Yaxın Şərq banklarıdır. Amerikalılar yerləşdirmədə iştirak edə bilməcəyəklər.
Bildirildiyi kimi, istiqrazlar beş il müddətinə veriləcək, hər il 7-8% həcminə kupon ödəniləcək. Növbəti beş il ərzində IPO keçirildiyi təqdirdə, istiqraz sahibləri borclarını 10% aşağı qiymətlə səhmlərə çevirə biləcəklər.
Xatırladaq ki, dekabr ayının sonunda “Telegram”ın qurucusu Pavel Durov 2021-ci ildən başlayaraq xidmətin monetizasiyaya başlayacağını açıqlamışdır. Hesablamalara görə, hal-hazırda şəbəkənin 500 milyondan çox istifadəçisi var və onları dəstəkləmək üçün “ən azı bir neçə milyon dollar” tələb olunur.