14 C
Baku
Saturday, April 27, 2024

Telman İsmayılov agentliyə qarşı məhkəməni uduzdu

“Çerkizov” bazarının keçmiş sahibi Telman İsmayılov “Rosbalt” informasiya agentliyi əleyhinə qaldırdığı məhkəmə prosesini uduzub.

Rusiya KİV-nə istinadən, işə Sankt-Peterburqun Smolensk məhkəməsində baxılıb. Hakim Aleksandra Zaplatina İsmayılovun şərəf və ləyaqətin pozulması, işgüzar imicin zədələnməsi ittihamlarını və haqqında yazılmış məlumatların saytdan silinməsi tələbini rədd edib. Azərbaycanlı iş adamı “Rosbalt”dan mənəvi ziyana görə 1 milyon rubl təzminat da tələb etmişdi. 

 

Xatırladaq ki, İsmayılovu iki nəfərin qətlində, silah saxlanılması və müğənni Avraam Russonun oğurlanmasında ittiham edən yazılar “Rosbalt” saytında yayımlanmışdı.

MənbəQafqazinfo
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər