“Tesla” elektromobil şirkəti əməkdaşlarının 10 faizini ixtisar etməli olacaq.
Banker.az xəbər verir ki, bunu şirkətin rəhbəri İlon Mask əməkdaşlara ünvanladığı məktubda bildirib.
O qeyd edib ki, mövcud iqtisadi vəziyyətlə əlaqədar işçilərin 10 faizinin ixtisar edilməsi. eləcə də bütün dünyada işə qəbulun dayandırılması lazımdır.
“Tesla” şirkəti bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Qeyd edək ki, E.Mask dünyanın ən zəngin şəxsi hesab olunur. “Bloomberg”in məlumatına əsasən, onun sərvəti 227 milyard dollar təşkil edir.