5 C
Baku
Saturday, December 14, 2024

“Tesla” ən sürətli elektrikli avtomobilini təqdim edib – Qiymət

İlon Mask “Tesla”nın Kaliforniya ştatındakı fabrikində yeni “Model S Plaid” elektromobilinin təqdimatını keçirib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir. Şirkətin verdiyi məlumata görə, bu model dünyanın ən sürətli elektromobilidir.

Avtomobil 100 km/s-a qədər iki saniyədən az olan müddətdə sürətlənir, onun maksimum sürəti isə 320 km/s təşkil edir.

modelsplaid large large

“Model S Plaid” bir şarjla 630 km məsafə qət edə bilir. Bununla yanaşı, avtomobili şarj etmək üçün cəmi 15 dəqiqə vaxt tələb olunur.

Daxili interyer əhəmiyyətli dəyişikliklərə məruz qalıb. Salonda iki sensorlu ekran, smartfon üçün bir neçə şarj modulu və digər cihazlar quraşdırılıb.

snimok ekrana 2021 01 28 v 15.32.57

“Tesla” mühəndisləri ayrıca həcmli səs üçün avtomobilə 22 dənə dinamik quraşdırıb. Elektromobilin qiyməti təxminən 130 min dollar təşkil edir.

Sifarişçilər artıq 25 nüsxə alıb, yaxın bir həftədə daha bir neçə yüz avtomobil tədarük etmək planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər