14 C
Baku
Friday, November 22, 2024

“Tesla” 2 milyona yaxın avtomobilini geri çağırıb

İyun ayında “Tesla” şirkəti kapot qapaqları ilə bağlı problemlər səbəbindən elektrik avtomobillərini kütləvi şəkildə geri çağırmağa məcbur olub.

Bu barədə “Ars Technica” nəşri məlumat yayıb.

Ümumilikdə şirkət son dörd ildə istehsal edilən 1,85 milyon ədəd “3”, “S”, “X” və “Y” modellərini bir aydan az müddətdə geri çağırıb.

Problem ilk dəfə mart ayında çinli “Tesla” sahiblərinin kapotun istəmədən açıldığına dair şikayətindən sonra məlum olub.

Araşdırma zamanı məlum olub ki, problem kapotun kilid açarının deformasiyası ilə bağlıdır. Bu da öz növbəsində müştərilərin kapotun açıq olması barədə bildirişlər almasına mane olur.

Vurğulanıb ki, problem kapotun qapağı ilə əlaqəli olsa da, proqram yeniləməsi ilə həll edilə bilər.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər