“Bakı İnşaat-1” şirkətinə yeni sədr seçiləcək

2 noyabr 2026-cı il tarixində saat 12:00-da “Bakı İnşaat-1” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı baş tutacaq.

Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

  • Cəmiyyətin 2025-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin müzakirəsi və təsdiqi

  • Cəmiyyətin icra orqanının seçilməsi

  • Cəmiyyətin Müşahidə Şurasının sədr və üzvlərinin seçilməsi

  • Cəmiyyətin nizamnaməsinə ediləcək əlavə və dəyişikliklərin müzakirəsi və təsdiqi

  • Digər cari məsələlər

Tədbirdə bütün səhmdarların şəxsiyyəti təsdiq edən sənədlə iştirakı vacibdir.

Xatırladaq ki, ASC 2003-cü ildə yaradılıb, nizamnamə kapitalı 497210 manatdır və qanuni təmsilçisi Hüseyn Yarıyevdir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər