10 C
Baku
Friday, December 13, 2024

“Tesla” 2023-cü ildə tam avtopilotlu elektromobil istehsal edəcək

ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla” artıq bu il tam avtopilotlu idarəetmə texnologiyasını tətbiq edə bilər.

Bu barədə şirkətin rəhbəri İlon Mask bildirib.

“Düşünürəm ki, biz bunu bu il edəcəyik. Tendensiya çox aydın şəkildə tam avtonom idarəetməyə, tam muxtariyyətə doğru gedir”, – İ.Mask deyib.

Hazırda “Tesla” elektromobillərinin avtopilot xüsusiyyətləri sürücünün iştirakı ilə istifadə olunmaq üçün nəzərdə tutulub və maşını tam avtonom etmir.

İ.Maskın rəhbərlik etdiyi ABŞ-ın “Tesla Motors” şirkəti 2003-cü ildə elektrikli avtomobillər və onlarla əlaqəli texnologiyaların hazırlanması və və istehsalçısı kimi təsis edilib. Şirkət elektrikli nəqliyyat vasitələri ilə yanaşı, öz texnologiyasından istifadə edərək batareyalar və elektrik mühərrikləri də istehsal edir və onları digər avtomobil şirkətlərinə, o cümlədən “Toyota” və “Daimler”ə satır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər