15 C
Baku
Saturday, April 27, 2024

“Tesla” $209 mlrd. kapitallaşma ilə dünyanın ən bahalı avtomobil şirkətinə çevrildi

“Tesla”nın bazar kapitallaşması 1 iyul 2020-ci ildə 209 milyard dollara çatıb ki, bu da onu dünyanın ən bahalı avtomobil şirkətinə çevirir.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Qeyd edək ki, “Tesla” kapitallaşması 204 milyard dollar olan “Toyota” şirkətini belə geridə qoyub.

Ümumilikdə il ərzində “Tesla” səhmləri beş qat bahalaşıb – 230 dollardan 1128 dollara qədər.

qraadik

Xatırladaq ki, 2019-cu ildə “Tesla” 367 min elektrikli avtomobil istehsal edib. 2020-ci ildə şirkət bu göstəricini 500 min avtomibilə qədər artırmağı planlaşdırır.
Müqayisə üçün “Toyota” eyni ildə 10,74 milyon avtomobil istehsal edərək rekordunu yeniləmişdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər