26 C
Baku
Friday, April 19, 2024

“Tesla” 285 min avtomobilini geri çağırıb

“Tesla” şirkəti Çində 285 min avtomobilini geri çəkib. Verilən məlumata görə, söhbət “Model 3” və “Model Y” avtomobillərindən gedir.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Onlarda “cruise control” sisteminin sıradan çıxdığı müəyyən edilib, bu isə qəzaya səbəb ola bilər.

Bu problemi həll etmək üçün avtomobil sahibi proqram təminatını yeniləməlidir. Proqramı yükləyə və quraşdıra bilməyənlər avtomobili mütəxəssislərə göstərməli olacaqlar.

Yerli nəzarət orqanının verdiyi məlumata görə, “problemli” elektrikli avtomobillərin sahibləri təsadüfən “cruise control” funksiyasını işə sala bilərlər. Əgər bu baş versə, sistemdə quraşdırılan sürət real sürətlə üst-üstə düşməyəcək və avtomobil özü-özünə sürətlənəcək.

Son xəbərlər
Digər xəbərlər