15 C
Baku
Friday, April 26, 2024

“Tesla” ABŞ-da elektromobillərin istehsalını qismən dayandırdı

Milyarder İlon Maska məxsus olan “Tesla” şirkəti ABŞ-ın Kaliforniya ştatında elektromobillərin istehsalını qismən dayandırdığını açıqlayıb.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Bildirildiyi kimi, dayandırılma iki həftə – fevralın 22-dən martın 7-dək davam edəcək.

İstehsal xətlərinin işində yaranan fasilələr avtomobil istehsalçıları üçün qeyri-adi bir şey hesab edilməsə də, onlara ziyan vurur. Xatırladaq ki, yanvar ayında “Tesla” 2021-ci ildə qlobal avtomobil tədarükünü 50%-dən çox artıracağını söyləmişdir.

“Tesla”nın Kaliforniyadakı zavodu hələ də şirkətin istehsal bazasının vacib hissəsidir. Onun tutumu ildə təxminən 600 min avtomobildir. Bundan əlavə, Mask Şanxay, Berlin və Texas yaxınlığında yeni zavodlar inşa edir.

Qeyd edək ki, 2021-ci ildə “Tesla” müxtəlif elektrikli nəqliyyat vasitələrinin qiymətlərini 14 dəfə endirib. Bu, Çin, Yaponiya, Fransa və digər bazarlarda baş verib. Bu səbəbdən analitiklər şirkətin hədəflərinə çatmaq üçün kifayət qədər tələbə sahib olduğuna şübhə edirlər.

“Tesla”nın 2020-ci ilin dördüncü rübündə artıq ehtiyata sahib olduğunu və daha əvvəl istehsal olunan avtomobillərin hamısını sata bilmədiyini nəzərə alsaq, şirkətin məhsullarına olan tələbatın məhdudlaşdığını görəcəyik”, – deyə “GLJ Research”in qurucusu Qordon Cons söyləyib.

Fevralın 25-i ticarət sessiyasının açılışında şirkətin səhmləri 1.08% azalaraq 734 dollar səviyyəsinə düşmüşdür.

Daha əvvəl “Tesla” Model Y krossoverinin satışını dayandırdığını elan etmişdir. Fevralın 23-ü isə səhmlərin kəskin ucuzlaşması fonunda Maskın sərvəti 15 milyard dollar azalmışdır və o, dünyanın ən varlı insanları reytinqindəki liderliyini itirmişdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər