“Tesla” səhmləri həftə ərzində 18% ucuzlaşaraq 123.10 dollara düşüb ki, bu da iki ildən çox müddətdə ən aşağı qiymətdir. Beləliklə, şirkətin bazar dəyəri 85 milyard dollar azalaraq 390 milyard dollar təşkil edib. İl ərzində “Tesla”nın kapitallaşması təxminən iki dəfə düşüb – ilin əvvəlində bu göstərici 1.2 trilyon dollar olub.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Digər şeylərlə yanaşı, investorlar narahatdırlar ki, oktyabr ayında “Twitter”i alan İlon Mask indi daha çox “Tesla” deyil, sosial şəbəkənin inkişafına diqqət yetirir. İnvestorlar həm də mürəkkəb iqtisadi şəraitdə elektrik avtomobillərə tələbat perspektivindən narahatdırlar.
İş adamı və dünyanın ən varlı insanlarından biri olan İlon Mask “Twitter”i oktyabr ayında 44 milyard dollara əldə edib. Bundan sonra milyarder şirkət daxilində bir çox yeniliklər edib. Onlar sırasında kütləvi işdən çıxarmalar müzakirə mövzusu olub.