9 C
Baku
Thursday, December 12, 2024

“Tesla” bitkoinin ucuzlaşmasına görə 170 milyon dollar vəsait itirib

ABŞ-ın “Tesla” elektromobil şirkəti bitkoinin ucuzlaşması ilə əlaqədar 2022-ci ilin ilk yarısında təxminən 170 milyon dollar vəsait itirib.

“Tesla” 2021-ci ilin əvvəlində bitkoinə 1,5 milyard vəsait yatırmışdı. Hazırda şirkətin kriptovalyutada olan aktivlərinin 75 faizini dollara çervirdiyi bildirilib.

Hazırda “Tesla”nın bitkoin aktivlərinin dəyəri 218 milyon dollar təşkil edir ki, əvvəlki rüblərdə bu göstərici 1,2 milyard dollara bərabər idi.

2022-ci ilin ikinci rübündə şirkət 2,26 milyard dollar mənfəət əldə edib. Bu, birinci rüblə müqayisədə 31 faiz azdır.

Qeyd edək ki, iyun ayında bitkoinin qiyməti 2020-ci ilin noyabrından bəri ilk dəfə 19 min dollardan aşağı düşüb.

Son xəbərlər
Digər xəbərlər