-1 C
Baku
Sunday, December 15, 2024

“Tesla” elektrikli miniven buraxacaq

Amerikanın “Tesla” şirkəti 2026-cı ilin sonunda yeni elektrikli miniven buraxmağı planlaşdırır.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qeyd edildiyi kimi, avtomobil üç sıraya düzülmüş oturacaqları olan geniş salonla təchiz ediləcək. Model həm də sürüşmə qapılara və yastı kuzaya sahib olacaq.

Gələcək avtomobilin texniki parametrləri haqqında məlumat verilməyib. Məlumdur ki, miniven bir şarjla 650 km məsafə qət edə biləcək.

Xatırladaq ki, 29 yanvar tarixində “Tesla” 2022-ci ildə “Roadster” idman avtomobilini buraxacağını açıqlayıb.

Bu model üç elektromühərrik alacaq. Oxşar konfiqurasiyanı “Model S” və “Model X” avtomobillərində görmək olar.

Son xəbərlər
Digər xəbərlər