Üçüncü rüb Tesla üçün tarixi oldu – şirkət rübü mənfəətlə başa vurub. Beləliklə, İlon Mask sərmayəçilərə vəd etdiyi maliyyə cəhətdən etibarlı biznes qurma sözünü tutub. Banker.az Bloomberg-ə istinadla xəbər verir ki, bu barədə şirkətin hesabatında, avtomobil istehsalçısı üçün üçüncü rüb «həqiqətən tarixi» adlandırılır.
İyul-sentyabr ayları üçün xalis gəlir 312 milyon dollar və ya hər bir səhm üçün 1,75 dollar təşkil etmişdir. Üçüncü rübdə Teslanın pul axını 881 milyon dollara çatıb, bu ö dəməkdir ki, şirkət artıq istehsal həcmini artırmaq üçün milyardlar «yandırmır».
Son dəfə Tesla 2016-cı ilin üçüncü rübündə 22 milyon dollar mənfəət əldə edib. Bundan sonra, 2018-ci ilin aprel ayında Mask 2018-ci ilin üçüncü və dördüncü rübündə şirkətin gəlirli olacağını elan etmişdi və artıq şirkətin yeni maliyyələşdirməni cəlb etməyə ehtiyyacı olmayacaq.
Tesla hələ Toyota və ya BMW kimi böyük avtomobil istehsalçılarının gəlir səviyyəsindən uzaqdır, lakin investorlar şirkətin son nəticəsinə müsbət reaksiya göstərdilər. Üçüncü rübdə Model 3 ABŞ-da ən çox satılan sedan olub.
Xatırladaq ki, oktyabr ayında Tesla Motors orijinal referral proqramını işə salıb. Elektrik avtomobili almaq tövsiyəsi üçün, əgər o alışa gətirib çıxararsa, tövsiyyə edən şəxsin şəklini şüşə üzərinə çəkiləcəyini və kosmosa göndəriləcəyinə söz verilib.