10 C
Baku
Sunday, May 19, 2024

“Tesla” Meksikada zavodun inşasına 5 mlrd. dollardan çox sərmayə qoyacaq

İlon Maskın sahib olduğu elektromobil istehsalçısı “Tesla” Meksikada zavod tikmək üçün 5 milyard dollardan çox sərmayə qoyacaq. Bu barədə ölkənin xarici işlər nazirinin çoxtərəfli məsələlər və insan hüquqları üzrə müavini Marta Delqado bildirib.

“5 milyard dollardan çox investisiyalar federal hökumətin dəstəyi olmadan həyata keçirilə bilməz və biz bu məsələdə yardım göstərməyə davam edəcəyik”, – deyə Marta Delqado söyləyib.

“Tesla”nın zavod tikmək planları fevralın 28-də Meksika Prezidenti Andres Manuel Lopes Obrador tərəfindən Mask ilə danışdıqdan sonra açıqlanıb. Obyektin ölkənin şimal-şərqində, ABŞ sərhədinə yaxın Nuevo-Leon ştatının Santa-Katarina bölgəsində yerləşdirilməsi planlaşdırılır. İstehsal sahəsinin həm ölkə bazarı, həm də ixrac üçün ildə bir milyona yaxın elektromobil istehsal etməsi planlaşdırılır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər