Məşhur Tesla avtomobil şirkəti Çində istehsal olunan “Model Y” elektrik avtomobillərin satışını çoxaldır.
Şirkət dünyanın ən böyük avtomobil bazarında satışını genişləndirməyi planlaşdırır.
İstehsalçı şirkət, həmçinin Şanxay avtomobil zavodunun fəaliyyət sahəsini çoxaldır. Belə ki, bu ilin oktyabr ayından etibarən “Model 3” avtomobillərinin Avropaya idxalına başlanacaq.
Mütəxəssislərin sözlərinə görə, sözügedən modelinin (Model Y) Çindəki qiyməti 52.091.95 ABŞ dollardır.